Avropa nəhəngləri yenidən birləşir

"Real Madrid", "Mançester Siti" və "Çelsi" 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında çıxış edəcək.

Sportline.az xəbər verir ki, turnirdə ilk dəfə olaraq 32 komanda iştirak edəcək. FIFA Amerika Birləşmiş Ştatlarını yarışa ev sahibliyi edən ölkə kimi təsdiqləyib.

"Real Madrid", "Mançester Siti" və "Çelsi" artıq Çempionlar Liqasının qalibi kimi namizədlər arasında yerləri təmin edib.

Klublararası dünya çempionatının formatı hələ müəyyənləşməyib.