"Ayaks"dan "Arsenal"a
Niderlandlı futbolçu Yurrien Timber karyerasını İngiltərə Premyer Liqsında davam etdirəcək.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “Ayaks”ın müdafiəçisi 35 milyon avro qarşılıında “Arsenal”a transfer olunacaq.
Tərəflər artıq şəxsi razılıq əldə ediblər.
Qeyd edək ki, Yurrien Timber son mövsümdə “Ayaks” forması ilə çıxdığı 47 oyunda 2 qol və 2 asist müəllifi olub.