"Ayaks"ın ulduzu İngiltərə klubunda

"Vest Hem" "Ayaks"ın hücumçusu Məhəmməd Kudusu transfer etdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, futbolçunun müqaviləsi 5 illikdir.

Kudus 2020-ci ildən "Ayaks"da çıxış edir. 23 yaşlı qanalı ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.