Ayaz Quliyev Azərbaycan vətəndaşlığı aldı

"Sabah"ın yeni transferi, rusiyalı futbolçu Ayaz Quliyev Azərbaycan pasportu alıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində çıxış edə bilməsi üçün hazırda FİFA-dan lazımı sənədlərin təsdiqini gözləyir.

Qeyd edək ki, A.Quliyev müxtəlif illərdə Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində oynayıb. O, avqustun 28-də "Sabah"la 3 illik müqavilə imzalayıb