Ayaz Quliyev: "Sabah" mənim sevdiyim tərzdə oynayır"

"Sabah"ın yeni transferi Ayaz Quliyev Bakı klubuna keçidi ilə bağlı danışıb.

Sportline.az yarımmüdafiəçinin yeni klubunun rəsmi saytına açıqlamasını təqdim edir:

"Bu komandada olduğum üçün çox şadam. Çünki "Sabah" gənc komanda olmasına baxmayaraq, kifayət qədər yaxşı nəticələrə imza atıb. Ən əsası isə bu komandanın dominant pressinq və topa nəzarət üzərində qurulmuş özünəməxsus oyun üslubu var. Hansı ki, uşaqlıqdan bu cür oyun tərzini bəyənirəm. Lakin ən əsası klubun mənim xidmətimdə maraqlı olmasıdır. Düşünürəm ki, bu, ən mühüm olanıdır. Komandanın oyunlarını izlədikdə sərgilənən futbolun mənim sevdiyim tərzdə olduğunu gördüm. Buna görə, fikirləşirəm ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, "Sabah" Quliyevlə 3 illik müqavilə bağlayıb. O, "bayquşlar”ın heyətində 8 nömrəli formada çıxış edəcək.

“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın

“Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) klublarında çıxış edib.