Aykut Kocaman "Fənərbağça"ya qayıdır
“Fənərbağça”nın İdarə Heyəti yeni baş məşqçinin seçilməsi ilə bağlı müzakirələr aparıb.
Sportline.az xəbər verir ki, klubun yeni prezidenti Əziz Yıldırım Aykut Kocamanın namizədliyinə üstünlük verib. İddialara görə, tərəflər arasında razılıq əldə olunub. Bildirilir ki, Yıldırım Aykut Kocamanın namizədliyini idarə heyətinə təqdim edib.
Bəzi dairələr Nuri Şahini komandaya gətirmək istəsə də, əksəriyyət Kocamanın lehinədir. Aykut Kocaman köməkçilərini seçib və hazırlıqlarını başa çatdırıb.
“Fənərbağça”nın keçmiş futbolçusu Volkan Dəmirəlin də köməkçi məşqçilər arasında yer alacağı irəli sürülür.