Ayrton “Əl-Hilal”a keçə bilər
"Flamenqo"nun müdafiəçisi Ayrton karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 26 yaşlı braziliyalıya futbolçu üçün 20 milyon avro təklif edən "Əl-Hilal" maraqlanır.
Ayrton 2019-cu ildən 2022-ci ilin aprelinə qədər "Spartak"da çıxış edib, sonra "Flamenqo"ya keçib. Bu mövsüm müdafiəçi 45 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.