Azar Belçika klubunda
Belçika millisinin üzvü Torqan Azar karyerasını Vətənində davam etdirəcək.
Sportline.az xəbər verir ki, o, "Anderlext"in formasını geyinəcək.
Bu haqda klubun saytında məlumat yayılıb.
Bu transferin brüssellilərə 4 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, "Borussiya"ya məxsus olan Torqan Azar ötən mövsümü icarə əsasında PSV-də keçirmişdi.