Azərbaycan - Belçika: Biletlər satışda

AVRO-2024-ün seçmə məhələsində Azərbaycan millisinin Belçika ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, biletlər 2-ci kateqoriyaya 5, 1-ci kateqoriya 10 manatdısa, VIP biletlərin qiyməti 50 manat təşkil edir.

Qarşılaşmanı izləmək istəyənlər ASAN 2 (8 noyabr prospekti 23, AMAY TM 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), ASAN 4 (Bakıxanov qəs., Sülh küç. 197), ASAN Sumqayıt (Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bülbül prospekti, Nizami küç.) və Heydər Əliyev Sarayının kassasından (Bülbül pr.35) biletləri ala bilər.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika görüşü saat 17:00-da başlanacaq.