Azərbaycan - Belçika görüşünün hakimi bilindi
AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan - Belçika görüşünün hakimləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, oyunu serbiyalı hakimlər idarə edəcək.
Oyunun baş hakimi Nenad Minakoviç olacaq.
Ona Slobadan Pavloviç və Nikola Broviç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlanacaq.