Azərbaycan boksçusu dünya çempionatının finalına vəsiqə qazanıb
Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançı kubalı Ruis Kordoba ilə qarşılaşıb.
Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. O, sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu yarımfinal görüşlərini keçirəcək. Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevlə, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla üz-üzə gələcək.