Azərbaycan Budapeştdə bir idmançı ilə təmsil olunacaq
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Qran-pri yarışı keçiriləcək. SportLine.az xəbər verir ki, iyunun 25-də start götürəcək yarışda Azərbaycan bir idmançı ilə təmsil olunacaq.
100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ölkəmizin şərəfini qoruyacaq.
Qeyd edək ki, turnirə ümumilikdə 60 ölkədən 324 cüdoçunun qatılması gözlənilir.