Azərbaycan çempionatına start verilib

Bu gün böyüklər arasında boks üzrə Azərbaycan çempionatı başlanıb.

Sportline.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 100 kişi boksçusu qatılacaq. 

Qaliblərin adına yanvarın 15-də aydınlıq gələcək.

Mükafatçılar millinin heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyev olacaq.