Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçuların siyahısında dəyişiklik olub

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümü ölkə çempionatları tarixində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu göstəricidə rekordçu olan Rahid Əmirquliyev üstünlüyünü daha da artırıb.

İlk 6 yerin sahibi dəyişməyib. Elvin Məmmədov “Top-10”dakı mövqeyini yaxşılaşdırıb. O, 7-ci sıraya yüksəlib.
İki futbolçu isə “onluğ”a daxil olub. Asif Məmmədovla Vurğun Hüseynov “Top-10”a qoşulub.

1

Rahid Əmirquliyev

451

2

Mahmud Qurbanov

421

3

Rəşad Sadiqov

392

4

Azər Məmmədov

388

5

Aslan Kərimov

382

6

Rəşad Abdullayev

378

7

Elvin Məmmədov

376

8

Asif Məmmədov

373

9

Aqil Məmmədov

363

10

Vurğun Hüseynov

362