Azərbaycan futbolunda yeni rekord
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Sportline.az xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.
Qurban Qurbanovun yetirmələri 2023/24 mövsümünün çempionu adını XXVIII turda təmin edib.
“Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.
Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/16 və 2017/18 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.