Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

Qadınlardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində Kipr millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 22-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Kipr qarşılaşmasını Moldovadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Elena Gobjila

Baş hakimin köməkçiləri: Natalia Ceban, Ana Ciobotaru

Dördüncü hakim: Oxana Cruc