Azərbaycan millisi dünya reytinqində 13-cüdür

Futzal üzrə seçmə komandaların yeni reytinq siyahısı açıqlanıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə mövqeyində heç bir dəyişiklik olmayan Azərbaycan millisi 13-cü pillədə qərarlaşıb. Komandamızın aktivində 1369 xal var. 

Siyahıya yenə İspaniya millisi başçılıq edir. İlk "10-luq" isə belədir:

1. İspaniya - 1922
2. Braziliya - 1909
3. Rusiya - 1746
4. İtaliya - 1726
5. İran - 1621
6. rgentina - 1620
7. Portuqaliya - 1580
8. Ukrayna - 1491
9. Kolumbiya - 1436
10. Yaponiya - 1405