Azərbaycan millisi Monqolustan seçməsi ilə üz-üzə

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlanacaq.

“FIFA series – Edition 2024”

22 mart

20:00. Azərbaycan – Monqolustan

Baş hakim: Zorbay Küçük (Türkiyə).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.