Azərbaycan Premyer Liqası ilə bağlı iki şirkətlə danışıq aparılır

“Çempionatın adı ilə bağlı iki şirkətlə danışıqlar davam edir”.

Sportline.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında

2023/2024 mövsümünün püşkatması zamanı deyib.

O, qarşıdakı günlərdə məsələnin həll olunacağını söyləyib.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 5-də başlanacaq.