"Araz-Naxçıvan" "Turan Tovuz"a böyük hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü başlanır.

Sportline.az xəbər verir ki, açılış matçında çempionatın debütantı "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.

"Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Qeyd edək ki, ilk turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" görüşləri avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" qarşılaşmaları avqustun 6-da keçiriləcək.

Azərbaycan Premyer Liqası

I tur

4 avqust

20:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" 0-3

Qol: Martin Petkov, 53, 87, Otto Con 67

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Dalğa Arena”