Azərbaycan Qran-prisi: İkinci sərbəst yürüşün qalibi bilindi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Sportline.az xəbər verir ki, "Red Bull" pilotu Serxio Peres finişə birinci çatıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Karlos Sayns üçüncü olub. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 11-ci yerlə kifayətlənib.

Günün ilk yarısında gerçəkləşən birinci sərbəst yürüşdə Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

Beləliklə, Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.