Azərbaycanı "Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada "Böyük Dəbilqə" turniri keçiriləcək.

Sportline.az xəbər verir ki, yarışda Azərbaycanın 7 çəki dərəcəsində 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq. Onlara  kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Azərbaycan millisinin heyəti isə belədir:

Kişilər

-66 kq

Rəşad Yelkiyev

Turan Bayramov

-73 kq

Rəşid Məmmədəliyev

-90 kq

Aslan Kotsoyev

+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri

Qadınlar

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

-70 kq

Südabə Ağayeva