Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.