Azərbaycanın karate komandası dünya çempionatına qələbə ilə başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında kata və kumite yarışlarına start verilib.
Sportline.az xəbər verir ki, fərdi proqramda çıxış edən Roman Heydərov final mərhələsinə yüksələ bilməyib.
Kumite üzrə komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət Azərbaycan yığması ilk görüşündə Xorvatiyadan güclü olub. Komanda ikinci raundda Hindistanla qarşılaşacaq. Qadınlardan ibarət kollektiv sə startda İtaliyaya 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, bunadək Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) finala, Asiman Qurbanlı (+84 kq) bürünc medal görüşünə vəsiqə qazanıb.