Azərbaycanın UEFA reytinqindəki mövqeyi
Avrokuboklarda qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra UEFA əmsallar cədvəlini yenilənib.
Sportline.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində İsveçdə "Hekken"i məğlub edən (1:0) "Qarabağ" Azərbaycanın hesabına daha 0,500 xal yazdırıb.
Ölkəmizin reytinq sıralanmasında isə dəyişiklik olmayıb. Son 5 mövsümdəki əmsalları 17,875 olan Azərbaycan yenə 29-cu pillədə qərarlaşıb. Buna qədər 28-ci yerdə olan Slovakiya 1 pillə irəliləyib. Bu ölkənin 18.375 xalı var. Eyni xalı olan Bolqarıstan isə 1 pillə geriləyərək 28-ci yerdə qərarlaşıb.
Siyahıya 91.678 xalla İngiltərtərə başçılıq edir.