Azərbaycanlı futbolçunun çıxış etdiyi klub aşağı liqaya düşə bilər

Azərbaycanlı futbolçunun çıxış etdiyi klub aşağı liqaya düşmə təhlükəsi ilə üzləşib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,Sərtan Taşkının çıxış etdiyi "Manisa" klubu 1-ci liqaya düşə bilər. 

Komanda rəqib meydanlarında çıxdığı 13 matçdan cəmi 10 xalla ayrılıb. "Manisa" klubu sonuncu dəfə avqust ayının 25-də səfər matçında "Ərzurum"a qalib gəlib. 

Qeyd edək ki, "Manisa" hazırda 2-ci liqa klubları arasında səfər matçlarında ən az xal toplayan komandadır.