"Azəryol" 1/4 finalda
Bu gün qadın voleybolçular arasında CEV Kubokunun 1/8 final mərhələsində cavab görüşləri keçirilib. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Azəryol" doğma meydanda Finlandiyanın "Salo" klubunu qəbul edib.
Rəqibi ikinci matçda da məğlub edən Bakı voleybolçuları 1/4 finala vəsiqəni təmin ediblər.
10 dekabr 2015
CEV kuboku
1/8 final, cavab oyunu
“Azəryol” - “Salo” 3:2 (21:25; 25:10; 23:25; 25:21; 15:11)
Hakimlər: Cihat Fırıncıoğlu (Türkiyə), Aleksey Skibiski (Ukrayna)
Bakı, “Azərreyl” İdman Bazası
İlk oyun: “Salo” – “Azəryol” - 0:3 (16:25, 19:25, 23:25)