"Azəryol"un Çağırış kuboku turnirində növbəti rəqibi məlumdur

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubunun “Çağırış Kuboku” uğrunda yarışların 1/8 final mərhələsindəki rəqibi məlum olub.

Sportline.az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsi uğrunda İsveçin “Kristiansiad” kollektivi ilə qarşılaşacaq.

Komandalar arasında görüşlərin fevralın ilk ongünlüyündə keçirilməsi nəzərdə tutulub.