Bakıda UEFA-nın seminarı keçirilib

Bakıda “UEFA Certificate in Football Management” tədris kursunun seminarı keçirilib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman, xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdı.

Proqram UEFA və Lozanna Universitetindəki “Swiss Graduate School of Public Administration” (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.

Tədbirdə AFFA-nın, Azərbaycan klublarının və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak ediblər.