Bakıdakı Böyük Dəbilqə yarışı bərpa olundu

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri yenidən təqvimə əlavə edilib.

Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytı məlumat yayıb.

İJF yarışın 5 - 7 noyabrda keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Böyük Dəbilqənın daha əvvəl mayda təşkli nəzərdə tutulub. Lakin yarış koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi. 2020-ci ildə olimpiadaya lisenziya xalları qazandıran ənənəvi yarış eyni səbəbdən baş tutmayıb.

Xatırladaq ki, 2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə Bakıda Böyük Dəbilqə təşkil edilib.