"Balde "Spartak"da çox xoşbəxtdir"
"Spartak"ın hücumçusu Keyt Baldenin maraqlarını təmsil edən agent Federiko Pastorello futbolçunun gələcəyi ilə bağlı sualı cavablandırıb.
Sportline.az xəbər verir ki, agent nikbin danışıb.
“Keyta “Spartak”da çox xoşbəxtdir. Düşünürəm ki, o, bu mövsüm əvvəlkindən daha yaxşı çıxış edəcək" - deyə Pastorello bildirib.
28 yaşlı seneqallı 2022-ci ilin avqustundan "Spartak"da çıxış edir.
Baldenin klubla müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.