Balotellidən ayrılıq mesajı
"Sion"un hücumçusu Mario Balotelli İsveçrə klubu ilə müqaviləsinə xitam verəcək.
Sportline.az xəbər verir ki, tərəflər bu gün müqaviləyə xitam vermək barədə razılığa gəliblər. 33 yaşlı italyan 2021/22 mövsümündə çıxış etdiyi "Adana Dəmirspor"a qayıda bilər.
Balotelli "Sion"un heyətində 19 oyun keçirib, 6 qol vurub.