Balotellidən iddialı açıqlama
İtaliya millisinin sabiq üzvü Mario Balotelli PSJ-yə dəvətlə bağlı sualı cavablandırıb.
Sportline.az xəbər verir ki, o, belə bir təklif alacağı təqdirdə ondan imtina edəcəyini bildirib.
Bu haqda məşhur jurnalist Fabrisio Romano sosial şəbəkədə paylaşım edib.
"PSJ mənə zəng eləsə? Heç bir şansları yoxdur. Onlara rədd cavabı verərəm. Əvvəllər "Marsel" və "Nitsa"da oynadığımdan ora getmərəm. Əgər PSJ mənə 10 milyon təklif edərsə? Onda əlbəttə razılaşaram".
Qeyd edək ki, Balotelli 2023-cü ildən "Adana Demirspor"un formasını geyinir.