Baotelli Türkiyəyə qayıdıb

"Sion"un hücumçusu Mario Balotelli "Adana Dəmirspor"a keçib.

Sportline.az xəbər verir ki, 33 yaşlı italiyalı "1+1" sistemi ilə müqavilə imzalayıb. Balotelli artıq 2021-2022-ci illərdə Adanada çıxış edib . O, komandanın heyətində 35 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib, bundan sonra "Sion"a keçib.

Bu mövsüm forvard heç vaxt meydana çıxmayıb. Balotelli əvvəllər “Monza”, “Marsel”, “Breşiya”, “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti” və “İnter”də çıxış edib.