"Barselona"dan "Yuventus"a keçə bilər
Yarımmüdafiə xəttini gücləndirmək niyyətində olan "Yuventus"un əsas hədəfi Frank Kessyedir.
Sportline.az xəbər verir ki, Turin klubu və "Barselona"nın mövqeləri tədricən yaxınlaşır.
Klublar yarımmüdafiəçinin təxminən 15 milyon avroya almaq opsionu ilə icarəsini müzakirə edir və bunun hansı şərtlərdə öhdəliyə çevriləcəyini razılaşdırır.
Kessye "Milan"dan azad agent kimi ayrıldıqdan sonra İspaniyada bir mövsüm keçirib.