Barrios İngiltərəyə gedə bilər

Vilmar Barrios karyerasını Premyer Liqada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Nottingem Forest" "Zenit"in yarımmüdafiəçisi ilə müqavilə bağlamaqda maraqlıdır.

İlk rəsmi təklif təxminən 4 milyon avrodur.

Sankt-Peterburq klubu bundan imtina eedib və yarımmüdafiəçinin satışı üçün təxminən 15 milyon avro almaq istəyir. 

Barrios 2019-cu ildən "Zenit"də çıxış edir.