“Barselona” “Atalanta”nın futbolçusunu istəyir
"Barselona" sağ cinah müdafiəçisi axtarışlarını davam etdirir və bu mövqeyi gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Atalanta"nın futbolçusu Marko Palestranı heyətinə qatmaq istəyir.
Hazırda "Kalyari"də icarə əsasında çıxış edən 21 yaşlı italiyalının transferi gündəmdədir.
Qeyd edək ki, Palestra bu mövsüm 29 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Gənc müdafiəçi həmçinin iki dəfə İtaliya millisindən dəvət alıb.