“Barselona” azarkeşlərinə şad xəbər

Rafinya yenidən meydana dönməsi yaxınlaşır.

Sportline.az xəbər verir ki, bu gün "Barselona"nın cinah hücumçusu milli komandaya çağırılmayan futbolçularla birlikdə komandanın ümumi məşqində yer alıb.

Braziliyalı oyunçu sentyabrın sonunda arxa bud əzələsindəki zədəyə görə sıradan çıxmışdı.

Oktyabr ayında isə zədəsi yenidən baş qaldırmışdı.