"Barselona" "Benfika"ya 100 milyon avro ödəyəcək?

"Barselona" "Benfika"nın gənc futbolçusu Andreas Şeldurupu heyətində görmək istəyir.

Sportline.az xəbər verir ki, norveçli hücumçunun sərbəst qalma məbləği 100 milyon avrodur.

Bu haqda "Record" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Şeldurup bu mövsüm meydana çıxdığı 36 matçda 7 qol, 4 asistlə yadda qalıb.