"Barselona" bu futbolçunun qiymətini endirməyə çalışır

"Barselona" Vitor Rokenin transfer şərtlərini dəyişmək istəyir.

Sportline.az xəbər verir ki, daha əvvəl "Barselona" və "Atletiko Paranaense"nin 18 yaşlı hücumçunu 35+10 milyon avroya transfer etməyə razılaşdığı bildirilirdi .

Kataloniya klubu sabit transfer haqqını 30 milyon avroya endirmək, qalanını isə bonuslar şəklində ödəmək istəyir. Atletico Paranaense ilə danışıqlar davam edir və "Barselona" Braziliya klubu ilə tezliklə razılığa gəlməyə ümid edir.

Klub onu yayda qeydiyyatdan keçirə bilməyəcəyi üçün Rokenin yanvara kimi "Barselona"ya keçə bilməyəcəyi məlumdur. Hücumçunun gələn yay İspaniyaya gəlməsi də mümkündür.

Bu mövsüm Vitor Roke "Atletiko Paranaense"nin heyətində bütün turnirlərdə 27 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə verib .

Banner