"Barselona" bu transferdən imtina etdi

Marselo Brozoviç "Barselona"ya keçməyəcək.

Sportline.az xəbər verir ki, Kataloniya klubu "İnter"in yarımmüdafiəçisi üçün təklif verməyəcək. Maliyyə məhdudiyyətlərinə görə, "Barsa" bu müqavilə üçün pul ödəyə bilmir. 

İlkay Gündoğan və İniqo Martinesin müqavilə imzalanmasından sonra "Barselona"nın yay transfer kampaniyası başa çatıb. Klub ötən mövsümü başqa klublarda icarə əsasında keçirmiş futbolçularını sata bilsə, vəziyyət dəyişə bilər. 

Daha əvvəl Brozoviçin Səudiyyə Ərəbistanından "Əl-Nəsr"ə keçməyə yaxın olduğu bildirilirdi .

Banner