"Barselona" "Əl-Əhli" ilə razılaşdı
"Barselona"nın yarımmüdafiəçisi Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportline.az xəbər verir ki, Kataloniya klubu və "Əl Əhli" 26 yaşlı futbolçunun 15 milyon avroya transferi üçün şifahi razılığa gəlib. Müqavilənin tezliklə bağlanacağı gözlənilir.
Kessye "Əl Əhli" ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq.
Yarımmüdafiəçi 2022-ci ilin yayında "Barselona"ya keçib. O, 2022/23 mövsümündə kataloniyalıların heyətində 43 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.