"Barselona" Feliksdən əl çəkmək istəmir

"Barselona" hazırda "Atletiko Madrid"in hücumçusu Joao Feliks üçün bir neçə variantı nəzərdən keçirir.

Sportline.az xəbər verir ki, bunlardan biri 23 yaşlı portuqaliyalını almaq maddəsi ilə icarə müqaviləsidir.

"Transfermarkt" oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir. Feliksin "Atletiko" ilə hazırkı müqaviləsi 2027-ci ilə kimi hesablanıb.

2022/23 mövsümünün ikinci hissəsində Feliks "Çelsi"də icarə əsasında çıxış edib. O, London klubunda 20 matçda 4 qol vurub.