"Barselona" ingiltərəli futbolçunun transferi ilə bağlı qərarını dəyişib
"Barselona" ingiltərəli futbolçunun transferi ilə bağlı qərarını dəyişib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İspaniya klubu Meyson Qrinvudu heyətinə qatmaq istəsə də futbolçu haqqında araşdırma olması "kataloniyalılar"ın fikrini dəyişməsinə səbəb olub.
"Mançester Yunayted"də oynadığı zamanlarda qadına şiddət göstərdiyi üçün uzun müddət yaşıl meydanlardan uzaq qalan Qrinvudun daha sonra günhasız olduğu ortaya çıxmışdı.
Qeyd edək ki, Meyson Qrinvud hazırda "Xetafe" klubunda icarə əsasında çıxış edir.