"Barselona" Kanselonu istəyir

"Mançester Siti"nin müdafiəçisi Joao Kanselu karyerasını "Barselona"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, kataloniyalılar 29 yaşlı portuqaliyalını almaq hüququ ilə icarəyə götürmək niyyətindədir.

Kanselu 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında "Bavariya"da keçirib. Müdafiəçi münhenlilərin heyətində 21 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.