"Barselona" karyerasını bitirən oyunçunu yenidən futbola qaytara bilər

"Barselona" Mark-Andre ter Şteqenin ciddi zədələnməsindən sonra "Yuventus"un keçmiş qapıçısı Voytsex Şesnini karyerasını davam etdirməyə razı sala bilər.

Sportline.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

"Vilyarreal"la oyunda zədələnən almaniyalı qapıçının 8-9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, "Yuventus"un və Polşa millisinin qapıçısı Şensni ötən ay karyerasını bitirdiyini açıqlamışdı.O, karyerası ərzində çıxdığı 548 oyunun 210-da qapısını toxunulmaz saxlayıb.