"Barselona" Malkomun transferindən qazana bilər
Malkomun "Əl Hilal"a transferi "Barselona"nın da qazanmasına kömək edəcək.
Sportline.az xəbər verir ki, "Zenit" yarımmüdafiəçini 60 milyon avroya Səudiyyə Ərəbistanına satır. 2019-cu ildə "Blauqrana"dan 40 milyon avroya alınıb.
Kataloniyalılar “Zenit”in qazancının məbləğinin 7,5%-ni (yəni 20 milyon avrodan) almaq hüququna malikdir. Beləliklə, bir milyon yarım avro “Barselona”ya transfer edilməlidir.