"Barselona" Mbappeni istəmir

"Barselona"nın Kilian Mbappeni almaq cəhdləri ilə bağlı məlumat təsdiqini tapmayıb.

Sportline.az xəbər verir ki,"blauqrana" PSJ ilə danışıqlara getməyəcək. Əsas səbəb odur ki, iqtisadi vəziyyət ona yüksək maaş təyin etmək bir yana, futbolçular üçün ciddi məbləğlər də ödəməyə imkan vermir.

Üstəlik, Mbappe soyunub-geyinmə otağında atmosferi pozmağa qadir insan kimi görünür, kataloniyalılar bundan qaçmaq istəyirlər.