"Barselona" norveçli futbolçuya göz qoydu

"Barselona" Andreas Şeldurupu transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, Kataloniya klubunun baş məşqisi norveçli hücumçunun oyun tərzini bəyənir.

"Record" nəşrinin yaydığı məlumata görə, 21 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, A.Şeldurup bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 7 qol, 4 asistlə yadda qalıb.