"Barselona" portuqaliyalı futbolçuları klubda saxlamaq istəyir
"Barselona" portuqaliyalı 2 futbolçusunu komandada saxlamaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"kataloniyalılar" Joao Feliks və Joao Kanseloya yeni müqavilə təklif edəcəklər.
Klub rəsmiləri açıqlamalarında "Atletiko Madrid" və "Mançester Siti" ilə görüşəcəkləri və çətinlik yaşamayacaaqlarını ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, hər 2 futbolçu da "Barselona"da qalmaq istədiklərini bildiriblər.